Rst30 Group

Haqqımızda

RST-30 GROUP –
Keyfiyyət və İnnovasiyanın Ünvanı

2010-cu ildən boya sənayesində fəaliyyət göstərən RST-30 GROUP MMC, keyfiyyət və innovasiyanı birləşdirərək müştərilərinə ən yaxşı məhsulları təqdim edir. Şirkətimiz Doğu KimyaCobler boyalarının Azərbaycandakı rəsmi distribütoru kimi, ekoloji məsuliyyəti və yüksək keyfiyyəti əsas prinsip olaraq qəbul edir.

Məhsullarımız ətraf mühitə zərər verməyən və heyvanlar üzərində test edilməyən maddələrdən hazırlanır ki, bu da markalarımıza müştərilər arasında daha çox rəğbət qazandırır. Cobler yüksək keyfiyyətli boya məhsulları, geniş məhsul xətti, innovativ yanaşması və ekoloji məsuliyyəti ilə boya sənayesində önəmli yer tutur.

Sektordakı dəyişiklikləri və müştəri ehtiyaclarını nəzərə alaraq məhsul çeşidimizi daim genişləndiririk. Məqsədimiz müştəri məmnuniyyətini və güvəni ön planda tutaraq, dünya standartlarına uyğun, davamlı böyüyən bir şirkət olmaqdır. Hər növ səthlər üçün gözoxşayan boyalar təqdim edərək, müştərilərimizə keyfiyyətli və uzunömürlü rəng seçimləri təklif edirik.

"Keyfiyyət, Davamlılıq və Ekoloji Təmizlik – Rənginizə Dəyər Qatırıq!"

Ekoloji Təmiz Məhsullar

Məhsullarımız ətraf mühitə zərər verməyən, insan sağlamlığına dost maddələrdən hazırlanır və heyvanlar üzərində test edilmir. Bu, həm keyfiyyəti, həm də ekoloji məsuliyyəti ön planda saxladığımızı sübut edir.

Yüksək Keyfiyyət və Davamlılıq

Bütün boyalarımız uzunömürlü, rəng solmazlığına qarşı dayanıqlı və müxtəlif iqlim şəraitinə uyğun şəkildə istehsal olunur. Keyfiyyət standartlarımız müştərilərimizin məmnuniyyətini təmin edir.

Geniş Məhsul Çeşidi və İnnovasiya

İstənilən səth üçün fərqli xüsusiyyətlərə malik geniş boya çeşidimiz mövcuddur. Daim yeniliklərə açıq yanaşmamız sayəsində, ən son texnologiyalarla hazırlanmış innovativ məhsullar təklif edirik.